Fərhad Xəlilov

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri

Fərhad Qurban oğlu Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil alıb. İlk peşə təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb.

Sonra Stroqanov Rəssamlıq Məktəbində və 1969-1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda təhsilini davam etdirib. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlayıb.

1969-cu ildə SSRİ Rəssamlar İttifaqının üzvü, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib və həmin ildən bu yaradıcılıq birliyinə rəhbərlik edir. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. 2002-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülüb.

Rəssamın əsərləri dəfələrlə dünyanın müxtəlif ölkələrində, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilib. Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə isə “Şərəf” ordeni ilə təltif edilib.

NatigMentor