Əziz dostlar!
Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlıq Akademiyasının növbəti birgə layihəsi olan “Qarabağın Rəngləri: Faciədən Zəfərə” adlı sərginin kataloqunu böyük məmnunluq hissi ilə diqqətinizə təqdim edirik.
İlk dəfə 2024-cü ildə reallaşdırılan təşəbbüsün məntiqi davamı olan bu layihə “Qarabağın Rəngləri: Faciədən Zəfərə” adlanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesini, eləcə də bölgənin keçdiyi tarixi yolu — işğalın ağrı və acılarından Zəfərin qüruruna qədər uzanan mürəkkəb və şərəfli mərhələni sənətin dili ilə əks etdirir.
Layihə çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının 25 gənc rəssam və heykəltəraşı tərəfindən hazırlanmış 25 sənət əsəri Qarabağın təbiətini, tarixi yaddaşını və dirçəliş ruhunu müxtəlif bədii yanaşmalarla təqdim edir. Bu əsərlər azad edilmiş torpaqların yenidən həyata qovuşmasını, milli ruhun sarsılmazlığını və gələcəyə olan inamı özündə əks etdirərək keçmişlə gələcək arasında bir körpü yaradır.
“Qarabağın Rəngləri: Faciədən Zəfərə” layihəsi yalnız estetik baxış deyil, həm də tarixi yaddaşın incəsənət vasitəsilə ifadəsidir. Burada müəlliflər faciəni sadəcə xatırlatmır, eyni zamanda dirçəlişin, yenidənqurmanın və milli ruhun gücünü bədii dillə təqdim edirlər.
Bu layihənin həyata keçirilməsi prosesində gənc müəlliflərə diqqət və həssaslıqla yanaşan, öz zəngin təcrübə və biliklərini səxavətlə bölüşən dəyərli mentorlar — Xalq rəssamları Natiq Əliyev, Səlhab Məmmədov və dünya şöhrətli almaniyalı rəssam İnqa Şmidtin rolu xüsusi qeyd olunmalıdır.
Rəhman Hacıyev
Qarabağ Dirçəliş Fondununİdarə Heyətinin sədri
Onların müdrik tövsiyələri, peşəkar istiqamətləndirməsi və mənəvi dəstəyi gənc sənətkarların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edib.
Eyni zamanda bu təşəbbüsün gerçəkləşməsində fəal iştirak edən Qarabağ Dirçəliş Fondunun layihə komandasına və Azərbaycan Rəssamlıq Akademiyasının müəllim heyətinə dərin minnətdarlığımızı bildiririk.
İnanırıq ki, təqdim olunan işlər hər birinizdə dərin təəssürat yaradacaq, Qarabağın Azərbaycan xalqı üçün daşıdığı tarixi, mədəni və mənəvi əhəmiyyəti bir daha hiss etdirəcək.
