Naxış

Leylahon Nurmetova

4500 AZN Qiymət hərracdan öncəki satış üçün nəzərdə tutulub Əsərlərin satışından əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Material Kətan, yağlı boya
Janr / Üslub Kompozisiya, realizm
Ölkə / İl Azərbaycan, 2025
Ölçü 90x90 sm

Bu əsər Şərq xalçaçılığının mühüm mərkəzlərindən biri olan Qarabağ məktəbinin bədii ənənələrini və zəngin toxuculuq mədəniyyətini əks etdirir. Tabloda təsvir olunan al-qırmızı fon Qarabağ xalçalarına xas olan rəng intensivliyini və klassik çeşnilərin canlılığını vizuallaşdırır.

Rəssam xalçanın üzərindəki naxışların sıxlığı və göllərin nizamlı düzülüşü vasitəsilə bu sənətin yüksək bədii dəyərini və kompozisiya mükəmməlliyini nümayiş etdirir.

Xalça toxuyan qadın obrazı burada həm bir sənətkar, həm də çoxəsrlik bir salnamənin qoruyucusudur. Onun hər bir ilməsi Qarabağ xalçalarının hələ orta əsrlərdən Avropa intibah rəssamlarının tablolarına qədər uzanan şöhrətli tarixini və “Kitabi-Dədə Qorqud” dastanından bəri gələn toxuculuq irsini simvolizə edir.