Təşkilatçılar

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Azərbaycan Rəssamlıq Akademiyası

Azərbaycan Rəssamlıq Akademiyası

Azərbaycan Rəssamlıq Akademiyası 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsidir. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ-tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.

Tərəfdaşlar

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

PAŞA Kapital İnvestisiya Şirkəti

PAŞA Kapital İnvestisiya Şirkəti

PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ildə təsis edilmiş və fəaliyyətə başladığı gündən kapital bazarlarında fərdi və hüquqi investorlar üçün müştəri-mərkəzli yanaşma əsaslı əlçatan, innovativ və etibarlı investisiya həlləri təqdim edir. PAŞA Maliyyə Holdinqi və PAŞA Holding səhmdarlığı ilə fəaliyyət göstərən şirkət broker (vasitəçilik), anderraytinq, marja ticarəti, market meykinq, portfel idarəçiliyi və məsləhət və tədqiqat istiqamətləri üzrə investisiya xidmətləri göstərir. PAŞA Kapital İnvestisiya Şirkəti “Qarabağın Rəngləri: Faciədən Zəfərə” layihəsində iştirak edən gənc rəssamların fəaliyyətini stimullaşdırmaq məqsədilə onların hər birinə xüsusi təqaüd ayırıb.