İnqa Şmidt

Dünya şöhrətli almaniyalı rəssam

İnqa Şmidt 1952-ci ildə Almaniyanın Vihe şəhərində anadan olub. 1977-ci ildə Leypsiq Universitetində incəsənət tarixi və germanistika üzrə magistr dərəcəsini bitirdikdən sonra Halle şəhərindəki Burg Giebichenstein (Burq Gibihenştayn) İncəsənət və Dizayn Universitetində rəssamlıq və qrafika üzrə təhsil alıb və 1983-cü ildə məzun olub.

1984-1988-ci illərdə Berlin İncəsənət Universitetində rəngkarlıq üzrə təhsil alıb. 2012-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının fəxri doktoru adına layiq görülüb. 1994-cü ildən Azərbaycan Rəssamlıq Akademiyasının, həmçinin Berlin HTK Akademiyasının, Berlin İncəsənət Universitetinin və Potsdam Universitetinin qonaq professoru və mühazirəçisidir.

Dünyanın müxtəlif ölkələrinə, o cümlədən Avrasiya, Cənub-Şərqi Asiya və Latın Amerikasına etdiyi səyahətlərdən ilhamlanan rəssam beynəlxalq aləmdə ekspressiv realizm üslubunda yaratdığı “Başlar” portret seriyası ilə tanınır.

Almaniya, ABŞ, Azərbaycan, Polşa, Fransa, İtaliya, Böyük Britaniya və digər ölkələrdə çoxsaylı fərdi və qrup sərgiləri təşkil olunub. Son illərdə Nyu-Yorkda (BMT-nin mənzil-qərargahı, 2016), ABŞ-ın Marfa şəhərində (2015, 2016) və Bakıda (Muzey Mərkəzi, 2013, Heydər Əliyev Mərkəzi, 2025, MAMA “Ana təbiət” sərgisində iştirak) beynəlxalq səviyyəli fərdi sərgiləri keçirilib. Hazırda Berlində yaşayır və fəaliyyətini davam etdirir.

NatigMentor