Natiq Əliyev

Xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru

Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb və həmin məktəbi fərqlənmə diplomu ilə bitirib.

1978-1983-cü illərdə Rusiyanın Sankt-Peterburq şəhərindəki V. Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində təhsil alıb və həmin məktəbi də fərqlənmə diplomu ilə bitirib. 1980-1983-cü illərdə V. Lenin təqaüdçüsü olub.

2008-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülüb. 2022-ci ilin dekabr ayında MDB ölkələri laureatı olub. 2023-cü ilin fevral ayından Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorudur.

1989-cu ildə Respublika Gənclər Mükafatı laureatı, 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının “Soltan Məhəmməd” mükafatı, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı, 2015-ci ildə Avstriyanın I dərəcəli “Cəngavər” ordeni”(qızıl), 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

NatigMentor