Sülhün İzində

Afaq Əliyeva

2900 AZN Qiymət hərracdan öncəki satış üçün nəzərdə tutulub Əsərlərin satışından əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Material Kətan, yağlı boya
Janr / Üslub Kompozisiya, realizm
Ölkə / İl Azərbaycan, 2025
Ölçü 100x90 sm

Əsərin mərkəzində sonsuz səmanın aydınlığı altında öz sadiq yol yoldaşı ilə birlikdə addım-addım sülhü inşa edən, çətin və böyük məsuliyyət tələb edən bir peşənin sahibi təsvir olunub.

Kompozisiyanın sağ küncündəki qırmızı nişan və çəpərlənmiş ərazi torpağın dərinliyində pusquda duran görünməz düşməni — sülhün və dirçəlişin qarşısındakı amansız səddi bütün kəskinliyi ilə nümayiş etdirir.

Əsərdə təsvir olunan komanda işi – minatəmizləyən və onun bu yoldakı sadiq dostu təhlükəni torpaqdan kənarlaşdıraraq həyatın davamlılığını təmin edir, keçmişin qaranlıq izlərini gələcəyin nurlu yoluna çevirir.

Uzaqdakı sarsılmaz dağ silsiləsi və aydın üfüq fədakar zəhmətin bəhrəsi olan real əmin-amanlığın rəmzidir.

“Sülhün izində” əsəri qeyri-müəyyənlikdən təhlükəsiz sabaha, sükutdan nurlu həyata doğru açılan Böyük Qayıdışın bədii salnaməsi və bu yolda vəzifə borcunu sarsılmaz iradə ilə yerinə yetirən insan əməyinin təntənəsidir.