Per tempus

Nigar Qasımova

Satılıb
Bu əsər sahibkar Məhəmməd Əliyev tərəfindən Qarabağ Dirçəliş Fonduna 3500 AZN ianə edilərək əldə edilmişdir
Material Kətan, yağlı boya
Janr / Üslub Mənzərə, realizm
Ölkə / İl Azərbaycan, 2023
Ölçü 120x90 sm

Rəssam Nigar Qasımova “Per tempus” (“Zamanla”) əsərində Azərbaycanın tarixi əzəmətini müasir ruhu ilə birləşdirməklə keçmişlə indiki zaman və gələcək arasında qırılmaz bir əlaqənin olduğuna işarə edib.

Bu rəsm əsəri müəllifin Qafqaz Albaniyasının monumental yadigarı olan, Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına bir növ ehtiramıdır.

Ən qədim tikililərinin VI-VII əsrlərdə ucaldıldığı ehtimal edilən bu monastır Azərbaycan memarlığı ilə onun təbiətinin vəhdətini özündə birləşdirir.

Rəssamın kompozisiyası monastırın özünəməxsus memarlıq xüsusiyyətlərini üzə çıxarır, keçmişdən dövrümüzədək qalan güclü bağı və ən əsası Azərbaycanın qədim köklərindən indiki dirçəlişinə qədər keçdiyi əzəmətli yolu tərənnüm edir.