Sevinc festivalı

Selcan Tağıyeva

Satılıb
Bu əsər “AzerGold” QSC tərəfindən Qarabağ Dirçəliş Fonduna 5000 AZN ianə edilərək əldə edilmişdir
Material Kətan, yağlı boya
Janr / Üslub Kompozisiya, kubizm
Ölkə / İl Azərbaycan, 2023
Ölçü 70x100 sm

Selcan Tağıyevanın “Sevinc festivalı” əsəri rəngin və hərəkətin mücərrəd coşqunluğunu özündə birləşdirən bir əsərdir.

Rəsm böyük Zəfərdən sonra xalqımızın yaşadığı sərhədləri aşan sevincinin rəsmə köçürülmüş halıdır.

Müəllif kətan üzərində mücərrəd rənglərin qarışığında personajların rəqsini təsvir etməklə, sanki onların özünəməxsus ritmini təqdim etmiş olur.

Rəssam əsərə canlılıq qatmaq, festivalın həyəcanverici enerjisini hiss etdirmək üçün isti və soyuq tonların ahəngindən məharətlə istifadə edib.

Hər bir ştrix, hər bir rəng çaları bir-biri ilə elə vəhdət təşkil edir ki, əsər festivalın şən ruhunu ifadə edən vizual simfoniya yaradır.

Müəllif bu əsərdə insan fiqurlarını təsvir etməklə kifayətlənməyib, xalqın mübarizə ruhu nəticəsində əldə etdiyi Zəfər sevincini əks etdirib.