Samirə Vəliyevanın “Dağların melodiyası” əsəri Kəlbəcər rayonunun füsunkar yaşıllıqlarının, əsrarəngiz sərvətlərinin rəsmə çevrilmiş halıdır.
Müəllif əsərində təkcə dumana bürünmüş dağların vizual zərifliyini, göz oxşayan təbiətini yox, torpağın dərinliklərində gizlənmiş qızılı damarları, təbii sərvətləri məharətlə vurğulayır.
Tabloda əks olunan teksturalı ştrixlər, ton kontrastları kətan üzərinə işlənən adi bir fırça toxunuşu deyil, təbiətin vəsfidir. Əsər Kəlbəcər rayonunun gözlə görülən əsrarəngiz gözəlliyindən bir qədər kənara çıxaraq dərinliklərindəki sərvətləri ilə birləşdirir.
Müəllif tamaşaçını rəsmdəki hər rəng damcısının arxasında gizlənən əsas hekayəsini kəşf etməyə dəvət edir.
Vizual ziyafət verən, bir növ torpağının səxavətli nemətinin tərənnümü sayıla biləcək bu əsər emosional hisslər yaradır və insanı təbiətin dilini, sirrini, hikmətini anlamağa sövq edir.