Azizi Hadiyenin əsərində təsvir olunan “Qırxqız yaylağı” Qarabağın zəngin təbiətindən xəbər verir.
Müəllif əsərində yaylağın uzun müddət düşmən tərəfindən amansızcasına istismara məruz qalmasına baxmayaraq, təbiətin gücünün görənlərin gözünü oxşayan yaylağın təkrarsız gözəlliyini qoruyub saxlaya bildiyini göstərib.
Fonda buludlu səma müvəqqəti iztirabı, mərkəzdə olan zəhmətkeş çoban personajı isə insanların doğma torpaqlarına uzun həsrətdən sonra qayıdışını və həyatın dirçəlişini təcəssüm etdirir.
Rəsmdə yaşılın müxtəlif çalarlarından istifadə olunması isə Qırxqız yaylağının təbii dirçəlişini və öz ruhunu yeniləməsini vurğulayır.