Zəfər düzü

Əzizə Hacıyeva

Satılıb
Bu əsər sahibkar Məhəmməd Əliyev tərəfindən Qarabağ Dirçəliş Fonduna 4000 AZN ianə edilərək əldə edilmişdir
Material Kətan, yağlı boya
Janr / Üslub Mənzərə, ekspressionizm
Ölkə / İl Azərbaycan, 2023
Ölçü 100x70 sm

Rəssamın müxtəlif rəng çalarları ilə təsvir etdiyi “Zəfər düzü” əsəri Azərbaycanın döyünən ürəyi Şuşanın, Cıdır düzünün gülüş səsləri əskik olmayan məşhur çəmənliklərinin, Qarabağın qələbə ruhunun dərin vizual metaforasıdır.

Prezident İlham Əliyevin “Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil” sözlərini xoşahəngli rənglərin bir-birini təqib etməsi, rənglər dünyası ilə təmasünsiyyət formasında ifadə edib.

“Zəfər düzü” sadəcə bir rəng və mənzərə deyil, milli qürur, əzm, qalibiyyət, düşüncə və zövqün birləşdiyi sənət əsəridir.

Rəsmdəki cəsarətli ştrixlər düzənliklərin həfif mehdə yellənən otlarını xatırlatmaqla yanaşı, Azərbaycanın keçmişini, bu gününü və gələcəyini müəyyən edən azadlığı və möhkəmliyi simvollaşdırır.

Əsər torpaqla xalq arasında sarsılmaz bağın bir növ sübutudur, Azərbaycanın ruhunun Cıdır düzünün təpələri ilə əbədi qovuşduğunu tərənnüm edir.