Nur

Şükufə Əhmədli

Satılıb
Bu əsər Qarabağ Dirçəliş Fondunun kolleksiyasına əlavə olunmuşdur
Material Kətan, yağlı boya
Janr / Üslub Məişət, modernizm
Ölkə / İl Azərbaycan, 2023
Ölçü 100x85 sm

Şükufə Əhmədlinin 44 günlük Vətən müharibəsindən ilhamlanaraq kətan üzərinə köçürdüyü mücərrəd məzmunlu rəsmi “Böyük Qayıdış” mövzusunu dərindən ifadə edən əsərdir.

Bu təsvir bir zamanlar əsarət altında olan, böyük şücaətlə azad edilərək ümid və dirçəlişin müqəddəs işığı hopmuş torpaqların mənəvi və fiziki canlanmasını simvolizə edir.

Müəllif əsərdə isti və soyuq tonların qarışığından istifadə edərək mübarizə və təsəlli, qaranlıq və işıq arasındakı əlaqəni ön plana çıxarır. İncəsənət əsəri xalqın iradəsinin mahiyyətini və torpaqla bağlılığını nümayiş etdirərək, sanki torpağın əsl sahiblərinin toxunuşu ilə yenidən canlanmasını xarakterizə edir.

Əsər vizuallıqla məhdudlaşmır, daha da irəliyə gedərək ruhun qaranlıq kölgələrdən yeni bir dövrün şəfəqinə doğru səyahətini ifadə edir.