Valeriya Rəhimovanın “Cəsarətin zərafəti” adlı əsəri Qarabağın keçmişindən bu günə qədər uzanan zəngin mədəniyyətini kəşf etmək istəyənlər üçün bələdçi rolunu oynayır.
Rəsm əsəri təkcə Qarabağın heyranedici təbiətinin portreti yox, həm də bu qədim diyarda böyümüş qadınların zərifliyinin, yenilməz və mübariz ruhunun təzahürüdür.
Milli adət-ənənələrimizə vurğu olan bu rəsm əsərində fonda təsvir olunan möhtəşəm dağ mənzərəsi qadınlarımızın tarix boyu dillərə dastan olan gücünü, zəkasını, ismətini, fədakarlığını, məğrurluğunu və gözəlliyini xarakterizə edir.
Dağlar sanki onların arxasında dayanmaqla, əzəməti ilə onlara dəstək olur. Rəssamın rənglərin dili ilə təsvir etdiyi bu rəsm təkcə vizual olmaqla qalmır, insanı tarixə boylanmağa vadar edir.