Qarabağın lalələri

Məhəmməd İsmayılov

Satılıb
Bu əsər Qarabağ Dirçəliş Fondunun kolleksiyasına əlavə olunmuşdur
Material Kətan, yağlı boya
Janr / Üslub Mənzərə, realizm
Ölkə / İl Azərbaycan, 2023
Ölçü 120x45 sm

Məhəmməd İsmayılovun “Qarabağın lalələri” əsəri Qarabağın əzəli sahiblərinin doğma torpaqlara qayıdışını tərənnüm edir. Lalələrin təsvir edildiyi bu rəsm əsəri sanki qələbədən doğan dirçəliş sevinci ilə dolub-daşır.

Müəllifin parlaq rənglərdən istifadə etməsi bir vaxtlar münaqişə meydanına çevrilmiş, indi isə sülh və firavanlıq hökm sürən və günü-gündən çiçəklənən Qarabağın işıqlı və ümidli gələcəyini simvollaşdırır.

Əsər cizgi və məna baxımından çox zəngindir. Hər bir fırça vuruşu rəsm daxilində sanki lalə tarlası həfif mehdə dalğalanırmış kimi atmosfer yaradır. Üfüqdə şəfəq çalarları alovlanır, bununla da sanki yeni və gözəl bir dövrün başlamasından xəbər verir.

“Qarabağın lalələri”ni təkcə mənzərə təsviri deyil, həm də müqəddəs torpağa dərin sədaqəti, əbədi zəfəri əks etdirən dastan kimi də xarakterizə etmək olar.