İşıltılı zaman

Kamilə Abasova

Satılıb
Bu əsər “Baku Steel Company” QSC tərəfindən Qarabağ Dirçəliş Fonduna 5500 AZN ianə edilərək əldə edilmişdir
Material Bürünc
Janr / Üslub Dəzgah heykəltəraşlığı, simvolizm
Ölkə / İl Azərbaycan, 2023
Ölçü 54x13x31 sm

Kamilə Abasovanın “İşıltılı zaman” adlı əsəri Azərbaycan xalqının tarixi varlıq simvolunu, vətənsevərliyini, doğma torpağına bağlılığını əks etdirən əsrarəngiz heykəldir.

Azərbaycan bayrağının qürur rəmzi olan aypara göyə doğru əyilir. Ayparanın üzərində isə qarabağlıların evləri, məscid və Şuşa qalası yerləşir. Bu, təkcə millətin öz soy kökünə, torpağına bağlılığını, inancını deyil, həm də yurdun və cəmiyyətin müqəddəsliyini simvollaşdırır.

Göylərə doğru ucalan heykəl səmada ulduzlara çevrilən ölməz şəhidlərin xatirəsini yaşadır, onların cənnətə yüksəlməsini simvollaşdırır.

Ayparadan tutmuş məscidə qədər bütün elementlər zamanın sınaqlarına şahid olmuş xalqın mədəni irsinə ehtiramı və sarsılmaz ümididir.

Başqa cür ifadə etsək, özündə çox dərin bir mənanı təcəssüm etdirən “İşıltılı zaman” əsəri keçmişi xatırlamağa çağırış, gələcək üçün isə çıraqdır.