Bu əsər sadəcə bərpa olunan Aşağı Gövhər Ağa məsçidinin təsviri deyil, xalqımızın öz tarixi yaddaşına və inancına sahib çıxmaq əzminin bədii manifestidir. Ön plandakı sükuta dalmış qədim daşlar tarixin sərt sınaqlarını xatırlatsa da, arxa planda səmaya boylanan qoşa minarələr bu torpağın əzəli və əbədi sahiblərinin sarsılmaz iradəsini simvolizə edir.
Rəssamın fırçasından süzülən işıq, dağıntıların arasından boy verən dirçəlişi və “biz buradayıq, öz mirasımızın keşikçisiyik” mesajını verir. Bu əsər – keçmişdən gələcəyə uzanan mənəvi körpü və Qarabağ torpağına vurulmuş əbədi möhürdür.



